“Qarşı cavab veriləcək, rəsmi Brüssel bunu yaxşı bilir", M.Zaxarova

Xatırladaq ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen Aİ Liderlər Sammitindən sonra təşkil edilən ortaq mətbuat konfransında deyib...

1664947
“Qarşı cavab veriləcək, rəsmi Brüssel bunu yaxşı bilir", M.Zaxarova

 

  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının ölkəsinə istiqamətli təktərəfli sanksiya tədbirlərinə mütənasib cavab verəcəklərini bildirib.

  Aİ Liderlər Zirvə Toplantısında Rusiya ilə bağlı qərarlara dair yazılı şərh verən M.Zaxarova deyib: “Bu yığıncaqda Rusiyaya yönəldilən əsassız və isbatı olmayan təqsirləndirmələri qəbul etmirik. Avropa İttifaqının Rusiyaya qarşı strategiyasında sistemli problemlər var. İnformasiya və kiber təhlükəsizlik kimi mövzularda Rusiya ilə dialoq qurmaqdan qaçan Aİ avropalıların istəkləriylə tərs düşən, öz ziqzaqvari maraqlarına həbs edilmiş vəziyyətdədir. Bununla belə, Avropa İttifaqı ilə dialoqu davam etdirməyə hazırıq. Ancaq bu dialoq Aİ üzv ölkələrinin şərt qoymaları və ölkəmizə qarşı təktərəfli qeyri-qanuni sanksiya təhdidləri ilə qurula bilməz. Yoxsa bunlara mütənasib cavab veriləcək. Rəsmi Brüssel bunu yaxşı bilir."

  Xatırladaq ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen Aİ Liderlər Sammitindən sonra təşkil edilən ortaq mətbuat konfransında deyib: “Rusiya Avropa İttifaqını hədəfə aldığı, geri itələməyə çalışdığı, insan haqlarını pozduğu və mənfəətlərimizə zərər verdiyi üçün Rusiyaya qarşı sanksiya qərarı verdik."



Әlaqәli Xәbәrlәr