Koçaryan parlament seçkilərinin nəticələrindən şikayət edəcək

Ermənistanın sabiq Prezidenti Robert Koçaryan mətbuat konfransında “Ermənistan” siyasi blokunun parlament seçkilərinin nəticələrindən Konstitusiya məhkəməsinə şikayət edəcəyini bildirib.

1662825
Koçaryan parlament seçkilərinin nəticələrindən şikayət edəcək

“Ermənistan” siyasi bloku parlament seçkilərinin nəticələrindən Konstitusiya məhkəməsinə şikayət edəcək.

Bu barədə blokun rəhbəri, Ermənistanın sabiq Prezidenti Robert Koçaryan mətbuat konfransında deyib.

R. Koçaryan “Səsvermənin kütləvi qanun pozuntuları ilə keçirildiyini güman edirik. Biz seçkilərdə inzibati resursların istifadəsini gördük və bu səbəbdən seçkinin nəticələrini mübahisələndirmək üçün Konstitusiya məhkəməsinə müraciət edəcəyik” deyib.

Sabiq prezident parlament mübarizəsinin güclənəcəyini, amma küçə mübarizəsini əvəz etməyəcəyini də vurğulayıb.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində 21 partiya və dörd blok iştirak edib. MSK-nın ilkin məlumatlarına görə, baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası 53.92 faiz səslə seçkilərin qalibi olub. Robert Koçaryanın “Ermənistan” bloku isə seçicilərin yalnız 21.1 faizinin səsini toplayıb.



Әlaqәli Xәbәrlәr