17 iyundan İranın Avropa ölkələri ilə aviasiya əlaqələri bərpa olunur

Bu barədə məlumatı İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Hüseyn Zibaxış verib

1658681
17 iyundan İranın Avropa ölkələri ilə aviasiya əlaqələri bərpa olunur

 

  “Uzun sürən məhdudiyyətlərdən sonra Avropa ölkələri ilə İranın aviasiya əlaqəsi tədricən bərpa olunur”, bu barədə məlumatı İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Hüseyn Zibaxış verib. O bildirib ki, “Lufthansa” aviaşirkəti İrana və İrandan digər istiqamətlərə uçuşlarını bərpa edib. Şirkətin təyyarələri həftədə 3 dəfə müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirməyə başlayıblar. Lakin yaxın aylarda reyslərin sayı həftədə 5 dəfəyə kimi artacaq.

  İyunun 17-dən Avstriyanın “Austrian Airlines” şirkəti də həftədə 3 dəfə Tehran-Vyana reysini həyata keçirməyə başlayacaq.

  Koronavirus pandemiyası ilə əlaqədar sərnişinlərdən həkim arayışı tələb olunacaq. Eyni zamanda, Tehranın İmam Xomeyni beynəlxalq hava limanında ölkəyə daxil olanlardan “Covid-19” testi götürüləcək.



Әlaqәli Xәbәrlәr