"Minalanmış ərazilərin xəritələrinin az bir hissəsini Azərbaycana verdik", N.Paşinyan

Yeqvard şəhərində keçirdiyi görüşdə Ermənistanın bir zaman işğal etdiyi Azərbaycanın Qarabağ ərazisinə yerləşdirdiyi 97 min mina xəritəsi müqabilində 15 erməninin ekstradisiyası ilə bağlı Paşinyan deyib...

1657008
"Minalanmış ərazilərin xəritələrinin az bir hissəsini Azərbaycana verdik", N.Paşinyan

 

  Ermənistanın baş naziri Nikol Paşinyan minalanmış ərazilərin xəritələrinin az bir hissəsini Azərbaycan hökumətinə verdiklərini söylədi.

  Yeqvard şəhərində keçirdiyi görüşdə Ermənistanın bir zaman işğal etdiyi Azərbaycanın Qarabağ ərazisinə yerləşdirdiyi 97 min mina xəritəsi müqabilində 15 erməninin ekstradisiyası ilə bağlı Paşinyan deyib: “Müxalifət məni Azərbaycan rəhbərliyinə bütün minalanmış ərazilərin xəritələrini verdiyimə görə tənqid edir. Düzdür, biz mina sahələrinin xəritələrini təqdim etdik. Bunların vacib olmadığını deyə bilmərəm, amma əlimizdəki xəritələrin yalnız bir hissəsidir. Oxşar dəyişiklik 2020-ci ilin dekabrında da olmuşdu. Lakin bu xəritələr nə Ermənistan, nə də Azərbaycanın mövqelərini paylaşmır. Bu xəritələr Azərbaycanın yaxınlığında nə olduğunu göstərir."

  Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 12-də Ermənistanın bir vaxtlar işğal etdiyi Ağdam rayonuna qoyduğu 97 min mina xəritəsinin müqabilində ölkədə saxlanılan 15 erməninin təhvil verildiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr