YPG/PKK Türkiyə-Suriya sərhədində tuneller qazır

Terror təşkilatı YPG/PKK Fəratın şərqində Suriya-Türkiyə sərhədində yerləşən Aynularab (Kobani), Qamışlı, Dirbasiye və Malikiye bölgələrində tunellər qazaraq mövqelər tutmağa davam edir.

1649066
YPG/PKK Türkiyə-Suriya sərhədində tuneller qazır
ypg-pkk tunel kazma1.jpg
ypg-pkk tunel kazma.jpg

Terror təşkilatı YPG/PKK Fəratın şərqində Suriya-Türkiyə sərhədində yerləşən Aynularab (Kobani), Qamışlı, Dirbasiye və Malikiye bölgələrində tunellər qazaraq mövqelər tutmağa davam edir.

Qamışlının qərb məhəlləsi və Hilaliyə bölgələrində əldə edilən görüntülərdə terror təşkilatı DEAŞ-ın taktikasından istifadə edən YPG/PKK tunelləri ehtimal olunan hərbi əməliyyatlara qarşı müqavimət göstərmə, ölkəyə girmə və ani hücumlar məqsədilə qazır.
Tunel girişləri sərhədə 2 kilometr məsafədə, 15 dəqiqəlik yürüş məsafəsindədir.

Yaşayış bölgələrindəki tunellər təşkilatın mülki əhalindən qalxan kimi istifadə edərək mümkün əməliyyatları gizlətməsini və müqavimət göstərməsini asanlaşdırır.

Mülki vətəndaşların yaşayış sahələrində qazılan tunellər yaşayış sahələrinin infrastrukturuna da ziyan vurur və gündəlik həyata mənfi təsir göstərir.

Terrorçular məhəllə altından qazdıqları tunellərdən istədikləri bina və evlərə girib çıxırlar.

YPG/PKK-nın Mənbic və Aynularab (Kobani) qəsəbələrindəki tunel qazıntı fəaliyyətləri 2018-ci ilin dekabrında və 15 aprel 2019-cu ildə də lentə alınmışdı. 

"Zeytun budağı" əməliyyatında Afrin, "Sülh baharı" əməliyyatında Tel Abyad və Rəsulaynın YPG/PKK-dan təmizlənməsindən sonra qəsəbələrdə bir çox tunel qazdığı məlum olmuşdu.

Türkiyənin 2019-cu ilin oktyabrında Fərat çayının şərqindəki Suriya ərazisindəki YPG/PKK-ya qarşı başlatdığı əməliyyatda ABŞ vasitəçi olaraq təşkilatın təhlükəsiz bölgə koordinatlarından çıxacağına dair vəd vermişdi.

22 oktyabr 2019-cu ildə Soçidə keçirilən Türkiyə-Rusiya zirvəsində Moskva rəhbərliyi terrorçuların Türkiyə-Suriya sərhədindən 30 kilometr cənuba gedəcəyinə dair zəmanət vermişdi.



Әlaqәli Xәbәrlәr