İranda güclü zәlzәlә qeydә alınıb

Bu barәdә Tehran Universitetinin Seysmoloji  Mәrkәzi mәlumat yayıb.

1647801
İranda güclü zәlzәlә qeydә alınıb

 

İranın cәnub-qәrbindәki Fars әyalәtinin Baba Monir qәsәbәsindә 5 bal gücündә zәlzәlә qeydә alınıb.

Bu barәdә Tehran Universitetinin Seysmoloji  Mәrkәzi mәlumat yayıb. Yeraltı tәkanların yerli vaxtla saat 01.05-dә baş verdiyi qeyd olunub.

Zәlzәlәnin ocağı 10 kilometr dәrinlikdә yerlәşib.

Qeyd edәk ki, zәlzәlә Fars vә Kohgiluye Buyer Әhmәd әyalәtlәrindә dә hiss olunub.

Dağıntı vә ya tәlәfat barәdә hәr hansı mәlumat yoxdur.



Әlaqәli Xәbәrlәr