Binyamin Netanyahu BMT-nin qərarına sərt reaksiya verib

İsrail Baş Naziri Binyamin Netanyahu, Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqları Şurasının ölkəsi ilə əlaqəli qərarına münasibət bildirib.

1647383
Binyamin Netanyahu BMT-nin qərarına sərt reaksiya verib

İsrail Baş Naziri Binyamin Netanyahu, Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqları Şurasının, insan haqları pozuntularını araşdırmaq üzrə təcili olaraq müstəqil beynəlxalq istintaq komissiyası yaradılmasını nəzərdə tutan qərarının qəbul edilməz olduğunu bildirib. Sözügedən qərarın BMT İnsan Haqları Şurasının İsrail əleyhdarlığının bariz göstəricisi olduğunu, bununla Qəzza zolağında fəaliyyət göstərən Fələstin müqavimət qruplarını paklamaq istinildiyini, eyni vaxtda beynəlxalq qanunların lağa qoyulduğunu vurğulayıb.

Xatırladaq ki, BMT İnsan Haqları Şurası İsrailin insan haqları pozuntularını araşdırmaq üçün təcili olaraq müstəqil beynəlxalq istintaq komissiyasının yaradılmasını nəzərdə tutan qərar qəbul edib.

 



Әlaqәli Xәbәrlәr