Ersin Tatar İsrailin törətdiyi hücumları qınadı

Şimali Kıbrıs Türk Cümhuriyyətin prezidenti Ersin Tatar İsrailin Şərqi Qüdsdə yerləşən Əqsa məscidi və fələstinlilərə təşkil etdiyi hücumları qınayıb.

1638115
Ersin Tatar İsrailin törətdiyi hücumları qınadı

Şimali Kıbrıs Türk Cümhuriyyətin prezidenti Ersin Tatar İsrailin Şərqi Qüdsdə yerləşən Əqsa məscidi və fələstinlilərə təşkil etdiyi hücumları qınayıb. 

Prezident Ersin Tatar verdiyi bəyanatda İsrail təhlükəsizlik qüvvələrinin müqəddəs Ramazan ayında Əqsa məscidinə qarşı davam edən hücumlarını və orada ibadət edən fələstinlilərə müdaxilə etməsini qınadığını deyıb. Ersin Tatar həmçinin İsrailin hücumlarını dayandırmasını vacibliyini də qeyd edib. 

Şimali Kıbrıs Türk Cümhuriyyətin Baş naziri Ersan Saner də verdiyi bəyanatda İsrailin  Qüdsdəki Əqsa məscidinə qarşı hücumlarını davam etdirməsini qınayıb. 

Ersan Saner bildirib ki, dünya uşaqlara, mülki vətəndaşlara hücum edən və bölgə ilə dünya sülhünə zərər verən İsrailə "dur" deməlidir. Kıbrısdakı Türk icması dünən olduğu kimi bu gün də günahsız fələstinli qardaşlarının yanındadır. 



Әlaqәli Xәbәrlәr