İsrail “Beit Hanun” Sərhəd Qapısını bağladı

İsrail bu gündən etibarən Qəzzadakı “Beit Hanun” (Ərəz) Sərhəd Qapısını bağladı.

1637249
İsrail “Beit Hanun” Sərhəd Qapısını bağladı

İsrail hökumətinin Fələstindəki fəaliyyətləri ilə əlaqəli Koordinasiya Ofisindən yayılan açıqlamada qərarın Qəzzadan atılan raketlərə görə qəbul edildiyi bildirilib. Açıqlamada qeyd edilib ki, sərhəd qapısından hamanitar və müstəsna hallar istisna olmaqla insanların bölgəyə daxil və xaric olmalarına icazə verilməyəcək.

İsrail ordusunun bu gün səhər radələrində yaydığı açıqlamada ölkənin Siderot şəhəri və bəzi ərazilərində siqnalizasiya sistemlərinin xəbərdarlıq verdiyi bildirilib. Ancaq Səbəbi açıqlanmayıb.



Әlaqәli Xәbәrlәr