Suriyada "seçici" olmadan seçki keçiriləcək

Əhalisinin yarısından çoxunun ölkəsini tərk etdiyi və ya didərgin düşdüyü Suriyada Əsəd rejimi vətəndaş müharibəsində 7-ci dəfə "seçici"olmadan seçki keçirəcək.

1623708
Suriyada "seçici" olmadan seçki keçiriləcək

Əhalisinin yarısından çoxunun ölkəsini tərk etdiyi və ya didərgin düşdüyü Suriyada Əsəd rejimi vətəndaş müharibəsində 7-ci dəfə "seçici"olmadan seçki keçirəcək.

Bəşər Əsəd rejimi yanvar ayında beşinci turunu keçirən Suriya Konstitusiya Komitəsinin fəaliyyətlərini gözdən yayındıraraq, milyonlarla suriyalının tərk etdiyi və ölkə daxilində didərgin salındığı bir mühitdə öz nəzarətindəki bölgələrdə gələcək ay ikinci dəfə prezident seçkisi keçirməyə hazırlaşır. 

Ölkədə milyonlarla dinc vətəndayı ev-eşiyindən didərgin salan Əsəd rejimi vətəndaş müharibəsi davam etdiyi müddətdə 26 mayda ikinci dəfə prezidentlik seçkisinin keçiriləcəyini elan edib.

Qeyd ed edək ki, 2011-ci ildə əhalisi sayı 22-23 milyon olan ölkədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına görə, 6,6 milyon suriyalı 
 ölkəsini tərk etmək məcburiyyətində qalıb. Birləşmiş Millətlər Təşkilatının İnsani Koordinasiya Ofisinin (OCHA) verdiyi məlumata görə, 6 milyon 702 min insan isə ölkə daxilində məcburi köçkündür.

Ölkə ərazisinin təqribən 61 faizinə hakim olan Əsəd rejimi seçkiləri yalnız nəzarətindəki bölgələrdə keçirəcək.

Suriyanın şimalındakı hərbi müxaliflərin nəzarətində olan bölgələrdə seçki olmayacaq.



Әlaqәli Xәbәrlәr