İran prezidenti Həsən Ruhani Sergey Lavrovu qəbul edib

İran prezidenti Həsən Ruhani Rusiyanın  xarici işlər naziri Sergey Lavrovu paytaxt Tehranda qəbul edib.

1620439
İran prezidenti Həsən Ruhani Sergey Lavrovu qəbul edib

"ABŞ-ın nüvə müqaviləyə qayıtmasının yeganə yolu sanksiyaların ləğv edilməsidir".

Bunu İran prezidenti Həsən Ruhani Rusiyanın  xarici işlər naziri Sergey Lavrovu paytaxt Tehranda qəbulu zamanı deyib.
İran Prezidentliyinin açıqlamasına görə, Ruhani nüvə müqaviləsindəki mövqeyi və dəstəyinə görə Rusiyanı tərifləyib.

Ruhani deyib ki, ABŞ və bütün dünya maksimum təzyiq siyasətinin uğursuz olduğu qənaətinə gəlmişdir" deyə bildirən Ruhani "ABŞ-ın nüvə müqaviləya qayıtmasının yeganə yolu sanksiyaları ləğv etməkdir. Münasibətlərin və mövcud şərtlərin 2015-ci ildəki öhdəliklərə və müqavilələrə qayıtmasını istəyirik. Tərəflər razılaşma zamanı qəbul etdikləri vədlərə əməl etməlidirlər. Biz nə ondan azı qəbul edirik, nə də daha çox şey əldə etməyə çalışırıq.

Lavrov da "Moskvaya görə yeganə həll yolu ABŞ-ın qeyd-şərtsiz nüvə müqaviləsinə tam qayıtması və götürdüyü öhdəliklərə əməl etməsidir" deyib.

Qeyd edək ki, İranın xarici işlər naziri M.Cavad Zərif ilə Sergey Lavrovla paytaxt Tehranda görüş baş tutub. İki həmkar görüşdə regional və beynəlxalq məsələlər, o cümlədən Tehran ilə Moskva arasında uzunmüddətli əməkdaşlıq müqaviləsi, nüvə razılaşması və sanksiyaları müzakirə edib.. Daha sonra iki ölkə arasında mədəniyyət və bioloji təhlükəsizlik sahələrində əməkdaşlıq aparılmasını nəzərdə tutan iki razılaşma imzalanıb.

Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Rusiya Xarici işlər naziri Lavrov, jurnalistlərin “Moskvanın nüvə razılaşması ilə əlaqədar mövqeyinə dair” ünvanladıqları suala cavabən deyib: “Rusiyanın bu mövzuda mövqeyi eynidir. Razılaşmanın bütün tərəflərcə həyata keçirilməsi uğrunda səylərimiz davam edir və İrana qarşı bütün sanksiyaların qeyd-şərtsiz qaldırılmasını müdafiə edirik. Sanksiyaların ləğvi edilməsi ilə əməkdaşlıq imkanlarının artacağına inanırıq. Nüvə razılaşmasının yenidən tətbiq olunması ABŞ-ın müqavilədəki öhdəliklərinə qayıtmasından asılıdır. ABŞ Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun hərəkət etməlidir. Əks təqdirdə nəticələri ağır və təhlükəli olabilər. Rusiya həm Amerikalıların, həm də İranın nüvə öhdəliklərini yerinə yetirmələri üçün lazımlı addımları atmaqda davam edir”-deyə Lavrov qeyd edib.

Rusiyanın ölkəsi üçün strateji əhəmiyyətə sahib olduğuna diqqət çəkən İran Xarici İşlər Naziri Zərif də öz növbəsində: “İki ölkə liderlərinin qərarlarına əsaslanan müxtəlif ikitərəfli regional və beynəlxalq əməkdaşlıq davam edir. Bu əməkdaşlıq hər zamankindən daha geniş və strateji xarakter daşıyır. Bunu Astana və digər platformalarda da davam etdirəcəyik. Natanzdakı nüvə təsisində baş verən və ağır maddi ziyana səbəb olan partlayışdan sonra verdiyi dəstəyə görə Rusiyaya İran Respublikası adından minnətdarlığımı bildirirəm. ABŞ sanksiya tətbiqinin və ya sabotajların nüvə danışıqlarının aparılmasına imkan verməyəcəyini idrak etməlidir. Bu tətbiqlər ilə vəziyyətin daha da pisləşəcəyi yaxşı təhlil edilməlidir. Natanz stansiyası yaxın gələcəkdə daha inkişaf etmiş santrifüjlərlə təchiz ediləcək. İsrail stansiyadakı Partlayışın arxasında olmaqla pis bir qumar oynadı və bununla İranın nüvə danışıqlarında mövqeyini zəiflədəcəyini xəyal etdi. Lakin bu hücum bizi daha da gücləndirəcək. ABŞ administrasiyası İrana qarşı birtərəfli sanksiyaları ləğv edərək nüvə anlaşmasına qayıtmalıdır. Bu çağırışımızı hər fürsətdə səsləndiririk”-deyə İran Xarici işlər naziri Zərif vurğğulayıb.



Әlaqәli Xәbәrlәr