YPG/PKK Haseke şəhərində mülki şəxslərin evlərini müsadirə edib

Terror təşkilatı YPG/PKK Suriyanın şimal-şərqində işğal etdiyi Haseke şəhər mərkəzində ABŞ qüvvələrinin tələbilə təqribən 1500 mülki vətəndaşın evlərini boşaldıb və müsadirə edib.

1614901

Yerli qaynaqlardan əldə edilən məlumata görə, YPG/PKK Haseke şəhər mərkəzindəki dırnaqarası qərargahlarının yerləşdiyi İdman Kompleksi Bölgəsindəki terror fəaliyyətlərini gizlətmək üçün ərazini mülki şəxslərdən təmizləyir.

ABŞ qüvvələrindən bununla bağlı təlimat alan YPG/PKK-lı terrorçular təhlükəsizlik səbəblərini irəli sürərək mülki şəxslərə məxsus 15 binanı müsadirə edib. Sözügedən evlər Haseke şəhər mərkəzində ABŞ qüvvələri və YPG/PKK-nın istifadə etdiyi binaların yaxınlığında yerləşir.

Terrorçular evlərini tərk etmək istəməyən və təşkilatın istəklərinə müqavimət göstərən mülki şəxslərə atəş edərək qorxudub.

YPG/PKK verdiyi təzminat vədinə baxmayaraq ədalətsizliyə məruz buraxdığı ev sahiblərinə pul vermir.

Təxminən 20 il əvvəl inşa edilən bu binaların hər biri 5 mərtəbədən ibarət idi və təxliyə olunmuş mənzillərdə təxminən 1500 mülki şəxs yaşayırdı.

Terror təşkilatı YPG/PKK Haseke şəhər mərkəzinin cənubundakı idman kompleksini və sözdə qərargahı və oradakı bəzi binalardan ABŞ qüvvələri ilə birlikdə istifadə edir.

Әlaqәli Xәbәrlәr