Livanda intihar hallarında artım

Siyasi və iqtisadi böhranların tüğyan etdiyi Livanda intihar hallarında ciddi artıq qeydə alınıb.

1613587
Livanda intihar hallarında artım

Livanda 7 psixiatr tərəfindən aparılan və daxili təhlükəsizlik qüvvələrinin 2008-ci ilin yanvarından 2018-ci ilin dekabrınadək intiharlarla bağlı hazırladıqları hesabatlara esaslandırılan araşdırmanın “Asian Journal of Psychiatry”-da yayımlanan nəticələrinə görə sözügedən müddət ərzində ümumilikdə 1366 intihar hadisəsi qeydə alınıb. Bu da hər 2,5 sutka ərzində 1 nəfərin özünə qəsd etdiyi mənasına gəlir. Ölkədə intihar hallarında kişilərin nisbəti 66%, qadınların isə 34% olduğu qeyd edilib. Yenə araşdırmaya görə ölkədə intihar edənlərin 70,4%-ü Livan mənşəli, 13,2%-si Efiopiyalı, 10,9-u Suriyalı 2%-si isə Fələstinlidir.

Xatırladaq ki, Livan 1975-1990-cı illərdəki vətəndaş müharibəsindən bəri tarixinin ən ağır iqtisadi böhranı ilə pəncələşir.

Mərkəzi Bank məzənnəni sabit saxlasa da yerli pul vahidi olan Livan lirası banklarda və qara bazarda ucuzlaşma ilə fərqli qiymətlərə satılır. Mərkəzi Bankın təyin etdiyi rəsmi məzənnə 1500, banklardakı cari məzənnə 3 min 900 lirə olsa da qara bazarda dollar 10 min lirənin üzərində satılır.



Әlaqәli Xәbәrlәr