Terror tәşkilatı YPG/PKK ilә Suriya Milli Ordusu arasında qarşıdurma olub

Suriyanın Tel Rıfat qәsәbәsindәki YPG/PKK terrorçuları  Suriya Milli Ordusunun Azezdәki cәbhә xәttinә hücum tәşkil edib. Hüzum zamanı Suriya Milli Ordusunun iki hәrbçisi ölüb.

1610544

Tel Rıfat qәsәbәsinin Kefer Kasır kәndindәki YPG/PKK terrorçuları cәbhә xәttindәn Suriya Milli Ordusunun nәzarәt etdiyi bölgәlәrә sızmağa cәhd göstәrib.

Hadisә nәticәsindә  terror tәşkilatı YPG/PKK ilә Suriya Milli Ordusu arasında qarşıdurma yaşanıb.

YPG/PKK terrorçuları qarşıdurma zamanı Suriya Milli Ordusunun avtomobilini hәdәf alıb.

Hücum zamanı Suriya Milli Ordusunun iki hәrbçisi hәyatını itirib.

Qeyd edәk ki, terror tәşkilatı YPG/PKK ilә Suriya Milli Ordusu arasındakı qarşıdurmalar davam edir.

Tel Rıfat qәsәbәsindәki terror tәşkilatı YPG/PKK  vaxtaşırı Azez, Bab, Cerablus, Mare vә Afrin qәsәbәlәrinә hücum edir.

.

Әlaqәli Xәbәrlәr