Tunis prezidentindən milli dialoq çağırışı

Tunisdə İqtisadi və sosial böhrana həll yolları axtarılır.

1608212
Tunis prezidentindən milli dialoq çağırışı

Tunis dövlət  rəhbərliyi müasir ünsiyyət vasitələri ilə gənclərin geniş iştirakına imkan verən milli dialoq proqramına nəzarət etmək istədiyini açıqlayıb.  

Prezident   administrasiyasından  yayılan açıqlamaya görə, prezident Kays Səid, keçmiş maliyyə naziri Binzar Yaişi paytaxtdakı  Karfagen Sarayında qəbul edib. Prezident Səid iclasda Prezidentliyin gənclərə əsaslanan genişmiqyaslı  milli dialoq proqramına nəzarət etməyə hazır olduğunu bildirib. Böhrandan xilas  olmaq  üçün hüququ iradənin vacib olduğuna diqqət çəkən Səid, milli dialoqun hər kəs  üçün  eyni dərəcədə faydalı və daha yaxşı bir gələcək  üçün başlanğıc  hesab  edildiyini qeyd  edib.

Keçmiş maliyyə naziri Yaiş də prezidentə bu görüşlərini milli dialoq çərçivəsində təqdim etmələrini təmin edəcək yeni, inkişaf etmiş bir media sistemi haqqında məlumat təqdim edib. İqtisadiyyatın vəziyyəti, dövlət maliyyəsi, büdcə və bunların milli təhlükəsizliyə birbaşa təhdidləri barədə danışıb və ölkənin  böhrandan  xilas  olmasına  töhfə   verəcək  bır  sıra  izlənəsi  yollar təklif edib. 



Әlaqәli Xәbәrlәr