Ersin Tatar әhәmiyyәtli bәyanatlar verib

Şimali Kıbrıs Türk Cümhuriyyәtinin prezidenti Ersin Tatar Cenevrәdә keçirilәn 5+1 toplantısına  Avropa İttifaqının müşahidәçi olaraq qatılmasını istәmәdiklәrini söylәyib.

1596075
Ersin Tatar әhәmiyyәtli bәyanatlar verib

 

Şimali Kıbrıs Türk Cümhuriyyәtinin prezidenti Ersin Tatar Cenevrәdә keçirilәn 5+1 toplantısına  Avropa İttifaqının müşahidәçi olaraq qatılmasını istәmәdiklәrini söylәyib.

Ersin Tatar Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel ilә keçirdiyi görüşdәn sonra bәyanatlar verib.

Ersin Tatar Cozef  Borrel ilә keçirdiyi görüşdә Kıbrısdakı tәrәflәr, üç vasitәçi ölkә (Türkiyә, Yunanıstan, İngiltәrә) vә Birlәşmiş Millәtlәr Tәşkilatının iştirakı ilә keçirilәcәk 5+1 toplantısına Avropa İttifaqının qatılmasını istәmәdiklәrini bildirib.

‘‘Cәnubi Kıbrıs Rum Rәhbәrliyi vә Yunanıstan  Avropa İttifaqının üzvüdür. Kıbrıs Cümhuriyyәti olaraq oradakı bütün mexanizmlәrdә öz maraqlarını davam etdirdiklәrini görürük. Bu sәbәbdәn 27-29 aprel tarixlәrindә Cenevrәdә keçirilәcәk 5+1 toplantısına Avropa İttifaqının müşahidәçi olaraq qatılmasını istәmirik’’,-deyә Ersin Tatar vurğulayıb.

Cәnubi Kıbrıs Rum Rәhbәrliyinin lideri Nikos Anastasiadis ilә dә görüşәn Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef  Borrel bildirib ki, Avropa İttifaqı  Kıbrıs probleminin hәll  edilmәsi üçün göstәrilәn bu sәylәri dәstәklәmәk mәsәlәsindә qәtiyyәtlidir.
 



Әlaqәli Xәbәrlәr