“Müharibədə Paşinyanın nə etdiklərini gördük, üstəlik...", V.Manukyan

Ermənistanda müxalifətdən baş nazirliyə namizəd Vazgen Manukyan martın 3-də bölgələrdən köçən 15 min adamla İrəvanın Respublika Meydanında toplanaraq çıxış edib

1594598
“Müharibədə Paşinyanın nə etdiklərini gördük, üstəlik...", V.Manukyan

 

  Ermənistanda müxalifətdən baş nazirliyə namizəd Vazgen Manukyan martın 3-də bölgələrdən köçən 15 min adamla İrəvanın Respublika Meydanında toplanaraq çıxış edib. O deyib: “Azərbaycanla (Dağlıq Qarabağ) müharibədə Paşinyanın nə etdiklərini gördük… O, iqtidarda ikən erkən parlament seçkiləri keçirilməsinə qarşıyıq… Paşinyan təcili istefa verməli, sonra müvəqqəti hökumət qurulmalı, ondan sonra 1 il içində erkən seçkilərə gedilməlidir”.

  Baş nazir Paşinyan isə parlamentdə etdiyi çıxışında müxalifətlə qarşılıqlı anlaşma şəklində bu il erkən seçkiyə gedilə biləcəyini bu sözlərlə söyləyib: “Seçkiləri yenidən ictimai həmrəyliyi təsisetmənin yolu olaraq görürük. Problemi həll etmək üçün seçkilər bir mexanizm və xalqın seçim imkanıdır.

  İqtidar da daxil olmaqla bütün siyasi qüvvələr seçkinin azad, şəffaf və ədalətli şəkildə keçirilməsinə zəmanət olmalıdır”.

  Qeyd edək ki, yaxınlarda Paşinyanın müxalifət nümayəndələri ilə erkən seçkilərlə bağlı görüşlər keçiriləcəyi bildirilir.

  Bu arada, Ermənistan prezidenti Armen Sarkisyan ölkənin baş qərargah rəisi Onik Qasparyanla bir araya gəlib. Onlar ölkədə son hadisələrin yaratdığı gərginliyi müzakirə edib, ölkənin təhlükəsizliyi və sabitliyinin hər şeydən mühüm olduğunu vurğulayıblar.

  Xatırladaq ki, Ermənistanda müxalifətin Paşinyanın istefasını tələb edən küçə nümayişləri davam edir. Paşinyanın parlamentdə edəcəyi çıxışdan əvvəl parlament binası qarşısında yüzlərlə adamın qatıldığı nümayiş təşkil olunmuşdu.

  Qeyd edək ki, ölkənin baş qərargah rəisi Onik Qasparyan və yüksək vəzifəli komandirlər 25 fevralda baş nazir Paşinyanı istefaya çağıran məktuba imza ataraq ona göndərmişdilər. Paşinyan onların bu hərəkətini "çevriliş cəhdi" adlandırmış, Qasparyanı vəzifədən kənarlaşdırma fərmanı vermişdi. Prezident Sarkisyan isə fərmanı imzalamamış, 2 dəfə geri qaytarıb.



Әlaqәli Xәbәrlәr