İraqda ABŞ-ın hərbi bazasına raket atılıb

İraqın Ənbar vilayətində ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd hərbi bazasının 10 raket hücumuna məruz qaldığı bildirilib.

1593996
İraqda ABŞ-ın hərbi bazasına raket atılıb

İraqın Ənbar vilayətində ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd hərbi bazasının 10 raket hücumuna məruz qaldığı bildirilib.

Bu barədə məlumat yayan İraq rəsmi agentliyi hücumu kimin təşkil etdiyi və ziyan olub-olmadığı barədə məlumat verməyib.

İraq hökumətinin də mövzu barədə açıqlaması olmayıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 26 dekabr 2018-ci il tarixdə Ənbardakı Ayn əl-Əsəd hərbi bazasına sürpriz ziyarət reallaşdırmışdı.



Әlaqәli Xәbәrlәr