Afrində hücum törədilib, xəsarət alanlar var

Suriyanın şimalında müxaliflərin nəzarətində olan və “Zeytun budağı” əməliyyatı ilə terrorçulardan təmizlənən Afrində bomba ilə təchiz edilmiş avtomobil partladılıb.

1589704
Afrində hücum törədilib, xəsarət alanlar var

Törədilən terror aktı nəticəsində dinc əhalidən 3 nəfər yaralanıb. Ərazidə yerləşən çox sayda bina dağılıb. Hadisə ilə əlaqədar istintaq başlatan təhlükəsizlik qüvvələri hücumun terror təşkilatı YPG/PKK tərəfindən həyata keçirildiyini qeyd ediblər.



Әlaqәli Xәbәrlәr