Afrindəki bombalı hücum nəticəsində bir nəfər həlak olub

Suriyanın şimalındakı Afrin bölgəsində minalanmış maşınla həyata keçirilən hücumda bir nəfər həyatını itirib.

1583257
Afrindəki bombalı hücum nəticəsində bir nəfər həlak olub

Suriyanın şimalındakı Afrin bölgəsində minalanmış maşınla həyata keçirilən hücumda bir nəfər həyatını itirib.

"Zeytun budağı" əməliyyatı bölgəsində yerləşən Cinderes mahalında minalanmış maşın partladılıb.

İlkin məlumatlara görə, hücum nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.

Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib, ətrafdakı binalara maddi ziyan dəyib.



Әlaqәli Xәbәrlәr