Möhsün Fəxrizadə sui-qəsdində ölkə  hərbçisinin əli olub

İranın silahlı qüvvələrinin üzvü ölkənin nüvə fizikası üzrə alimi, müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin qətlinə cəlb edilib.

1580015
Möhsün Fəxrizadə sui-qəsdində ölkə  hərbçisinin əli olub

Bu barədə İran İslam Respublikasının Kəşfiyyat naziri Mahmud Ələvi Dövlət telekanalına müsahibəsində danışıb.  

Onun sözlərinə görə, kəşfiyyat orqanı alimə hazırlanan sui-qəsd haqqında məlumat əldə   edib, ancaq bunun harada və nə vaxt baş verəcəyi məlum olmayıb. Nazirlik qətldən 5 gün əvvəl bu barədə müvafiq orqanlara məlumat verib.

“Sui-qəsd üçün ilk hazırlıq hərəkətləri ilə məşğul olan insan silahlı qüvvələrin üzvü idi”, - Ələvi IRIB TV2 telekanalının efirində deyib.



Әlaqәli Xәbәrlәr