İran uranın zənginləşdirilməsi imkanlarını artırır

B. Kamalvəndi "İranda uranın zənginləşdirilməsi imkanlarını artırmaq üçün üç aydan az müddət ərzində daha müasir min ədəd sentrifuqa quraşdırılacaq" deyib.

1573035
İran uranın zənginləşdirilməsi imkanlarını artırır

"İranda uranın zənginləşdirilməsi imkanlarını artırmaq üçün üç aydan az müddət ərzində daha müasir min ədəd sentrifuqa quraşdırılacaq".

Bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi bildirib.

Kamalvəndi İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Fərdodakı uranın zənginləşdirilməsi müəssisəsini ziyarət edəndən sonra keçirdiyi brifinqdə bildirib ki, ölkəsinin nüvə sahəsində fəaliyyəti əvvəlki illərlə müqayisəedilməz şəkildə inkişaf edib.

Kamalvəndi qeyd edib ki, ölkədə 17 kq uran 20 faizədək zənginləşdirilib.

Məclistə qəbul edilən nüvə üzrə qanun çərçivəsində 21 fevraladək sanksiyalar ləğ edilməyəcəyi halda İranın əlavə prokotoldan ayrılma qərarının qəti olub olmadığına dair sual qarşısında isə deyib ki, qanunu hərtərəfli olaraq tətbiq edirik. Məclis və hökumət bu barədə qərar qəbul etdi. Bununla bağlı hazırlıqlarımız var və bu qanunu həyata keçirəcəyik.



Әlaqәli Xәbәrlәr