Aleksey Navalnı 30 gün həbs cəzasına məhkum edilib

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) rəhbəri Aleksey Navalnı 30 gün həbs cəzası alıb.

1566272
Aleksey Navalnı 30 gün həbs cəzasına məhkum edilib

 “RİA Novosti” agentliyinin xəbərinə görə görə, Navalnıya Moskvanın Simonov məhkəməsi tərəfindən razılaşdırılmamış aksiyalara çağırış və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayaraq itaətsizlik nümayiş etdirdiyinə görə 30 gün həbsə cəzasına məhkum edilib.

Xatırladaq ki, İyunun 12-də Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında azı 650 nəfər saxlanılıb.

Rusiya Daxili işlər nazirliyinin əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib.



Әlaqәli Xәbәrlәr