İraq məhkəməsinin Donald Tramp haqqındakı hökmü açıqlandı

İraq məhkəməsi Prezidenti Donald Trampı Qasım Süleymani və Əbu Məhdi Mühəndisi öldürməkdə ittiham edib

1559322
İraq məhkəməsinin Donald Tramp haqqındakı hökmü açıqlandı

İraq məhkəməsi İran İnqilab Keşikçiləri Qvardiyasının ‘Qüds Qüvvələri komandanı’ Qasım Süleymani və Xalq Səfərbərlik Qüvvələrinin (Həşdi Şabi) rəhbərinin müavini Əbu Məhdi Mühəndisin öldürülməsi ilə əlaqədar Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın həbs edilməsinə qərar verdi.

İraqın paytaxtı Bağdaddakı Rusafa İstintaq Məhkəməsinin açıqlamasında "Mühəndis və onun yoldaşlarının öldürülməsi iddiasını izləyən hakimin İraq cinayət məcəllləsinin 406-cı qanunu əsas alınaraq ABŞ Prezidenti Donald Trampın yaxalanması qərarına gəldiyi bildirilib.

Xatırladaq ki, ABŞ-ın 3 yanvar 2020-ci il tarixli hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının ‘Qüds Qüvvələri Komandanı’ Süleymani və Mühəndis Bağdad Hava limanı yaxınlığında öldürüldü. Həmin sui-qəsddən sonra İraq hökuməti hadisə ilə əlaqədar istintaq başlatdı.



Әlaqәli Xәbәrlәr