İraqın Baş naziri Mustafa əl-Kazimi Türkiyəyə gələcək

İraqın Baş naziri Mustafa əl-Kazimi Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə sabah (17 dekabr, Cümə axşamı) Türkiyəyə gələcək.

1546483
İraqın Baş naziri Mustafa əl-Kazimi Türkiyəyə gələcək

İraqın Baş naziri Mustafa əl-Kazimi Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə sabah (17 dekabr, Cümə axşamı) Türkiyəyə gələcək. Paytaxt Ankaradakı görüşləri çərçivəsində Kazimi Prezident iqamətgahında dövlət başçısı Ərdoğanla bir araya gələcək.

İki ölkə arasında bütün sahələrdəki əlaqələri sürətləndirəcəyi gözlənilən səfər zamanı bölücü terror təşkilatı PKK-nın İraqdakı mövcudluğunun gündəmə gələcəyi və Kaziminin terror təşkilatının İraqdakı qanunsuz təşkilatlanmasının sona çatmasını nəzərdə tutan Sincar müqaviləsinin həyata keçirilməsinə dair son məlumatları çatdıracağı gözlənilir.

Səfər zamanı iki ölkə arasındakı ticarət həcminin artırılması və Türk şirkətlərinin terror təşkilatı DEAŞ tərəfindən zərər çəkən bölgələrin yenidən qurulması çərçivəsində İraqdakı investisiya layihələri müzakirə mövzularından olacaq. Bu, İraq Baş naziri Kazıminin yeni vəzifəyə təyin edildikdən sonra Ankaraya ilk səfəridir.

İraqın Ankaradakı səfiri Həsən Cənabi, dekabrın 13-də İraqın rəsmi qəzeti “Sabah”a verdiyi açıqlamada Kaziminin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yüksək səviyyəli bir heyətlə səfər edəcəyi Ankarada iki ölkə arasında təhlükəsizlik və iqtisadi məsələləri müzakirə edəcəyini söyləyib.

Cenabi “Baş nazir Kazimi açıqlamalarında terrorçuların sərhədi keçməsinin qarşısının alınması və onlara qarşı ortaq mübarizə yolu ilə 15 milyard dollarlıq ticarət həcminin artırılmasını müzakirə edəcək.

Səfər zamanı su məsələsi, sərhəd təhlükəsizliyi və neft ixracatı da qiymətləndiriləcək” deyə bildirib.

Səfir Cənabi, İraq və Türkiyə arasındakı Yüksək Strateji Əməkdaşlıq Şurasının da aktivləşdiriləcəyini qeyd edib. Bu arada, Baş nazir Kazıminin səfərindən əvvəl İraq xarici işlər naziri Fuad Hüseynin Ankarada olacağı bildirilib.



Әlaqәli Xәbәrlәr