Derada 98 nəfərə işgəncə verilərək öldürülüb

Suriya rejimi Rusiyanın vasitəçiliyi ilə hərbi müxaliflərlə 2018-ci ildə imzaladığı Dera müqaviləsini pozaraq, burada son iki ildə 98 nəfərə işgəncə verərək öldürüb.

1532296

Aralarında Suriya vətəndaş müharibəsinin başlaması ilə Əsəd rejiminin ordusundan ayrılan 40-a yaxın keçmiş əsgər də daxil olmaqla 98 nəfər müqavilədə yer alan "barışıq" hüququndan yararlanmağa cəhd edərkən həbs edilərək, işgəncə verilib və öldürülüb.
2018-ci ildə elan edilən atəşkəsdən faydalanmaq üçün rejimə müraciət edən onlarla deralının isə hələ də həbsdə olduğu bildirilib.
Qeyd edək ki, Əsəd rejimi və tərəfdarları Rusiyanın hava dəstəyi ilə 20 iyun 2018-ci ildə müxalifətin nəzarətində olan Deraya  hərbi əməliyyat başladıb. Rusiya və hərbi müxalifət 6 iyul 2018-ci il tarixində Suriyanın cənub bölgələrini əhatə edəcək daimi atəşkəs razılaşması barədə razılıq əldə ediblər.
Razılaşmada rejimlə güzəşt etmək istəyən keçmiş əsgərlər və mülki şəxslərin “əfv haqqı” ndan istifadə edəcəyi ilə bağlı bir maddə də daxil edilib.

Әlaqәli Xәbәrlәr