"ABŞ əsgərlərinin ölkədən çıxarılması barədə razılıq əldə etdik", M.əl-Kazımi

İraqın Baş naziri Mustafa əl-Kazımi ABŞ əsgərlərinin ölkədən çıxarılması barədə razılaşdıqlarını açıqlayıb.

1476977
"ABŞ əsgərlərinin ölkədən çıxarılması barədə razılıq əldə etdik", M.əl-Kazımi

İraqın Baş naziri Mustafa əl-Kazımi ABŞ əsgərlərinin ölkədən çıxarılması barədə razılaşdıqlarını açıqlayıb.
İraqın rəsmi xəbər agentliyində avqustun 20-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə görüş keçirən Kazıminin açıqlamaları yer alıb.
Kazımi Tramp ilə görüşünün əhəmiyyətli və uğurlu olduğunu söyləyib.
"İlk dəfə ABŞ-dan İraq hökumətinin tələblərinə qarşı şəffaf və tolerantlı bir yanaşma gördüm" deyən Kazımi "ABŞ tərəfi ilə qüvvələrinin İraqdan çıxarılıb yenidən yerləşdirmək barədə razılığa gəldik. Bu çərçivədə lazımi mexanizmin yaradılması üçün texniki heyətin təşkil edilməsi qərara alındı" deyə bildirib.
ABŞ ilə bir çox sahədə ikitərəfli müqavilələrin bağlandığını vurğulayan Kazımi bunlardan ən vacibinin Zikar təbii qaz razılaşmasının olduğunu vurğulayıb.
Tramp avqustun 20-də də "Əsgərlərimizi İraqdan sürətlə çıxarırıq. ABŞ-ın orada qalmaq məcburiyyətində olmadığı günü səbirsizliklə gözləyirəm" deyib.



Әlaqәli Xәbәrlәr