Suriyada son 6 ayda mindәn çox dinc sakin öldürülüb

Bu barәdә Suriya İnsan Haqları Rәsәdxanasının yayımladığı hesabatda bildirilib.

1447212
Suriyada son 6 ayda mindәn çox dinc sakin öldürülüb

Suriyada son 6 ayda mindәn çox dinc sakin öldürülüb.

Bu barәdә Suriya İnsan Haqları Rәsәdxanasının yayımladığı hesabatda bildirilib. Mәlumatda bu ilin ilk altı ayında Bәşәr Әsәd rejimi vә Rusiyanın törәtdiyi hücumlar nәticәsindә 218-i uşaq, 113-ü dә qadın olmaqla ümumilikdә 1006 dinc sakinin öldürüldüyü bildirilib.

Hesabata әsasәn, Bәşәr Әsәdә sadiq ordu vә İran tәrәfindәn dәstәklәnәn xarici terrorçulardan ibarәt rejim güvvәlәri 64-ü uşaq vә 24-ü dә qadın olmaqla 298 dinc sakini öldürüb.

Rusiya qüvvәlәrinin hücumları nәticәsindә 62-si uşaq vә 48-i dә qadın olmaqla 205 dinc sakin hәlak olub. Terror tәşkilatı YPG/PKK-nın hücumları nәticәsindә 8-i uşaq vә 1-i dә qadın olmaqla 34 dinc sakinin öldüyü bildirilib.

Terror tәşkilatı DEAŞ-ın törәtdiyi hücumlar nәticәsindә 1-i  uşaq olmaqla 7 dinc sakin, hәrbi müxalifәt vә rejimә qarşı olan qrupların hücumları zamanı da  2-si uşaq vә 2-si dә qadın olmaqla 26 dinc sakinin  öldüyü bildirilib.

Hәmin vaxt әrzindә 81-i uşaq vә 38-i dә qadın olmaqla 436 dinc sakin dә  qәtlә yetirilib.

Suriyada bu ilin ilk altı ayında öldürülәnlәrdәn 3-nün jurnalist, 12-nin dә sәhiyyә işçisi vә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının nümayәndәsi olduğu bildirilib. Bu dövrdә 71 nәfәrin işgәncә nәticәsindә öldürüldüyü qeyd olunub.



Әlaqәli Xәbәrlәr