"Sülh çeşməsi" əməliyyatı bölgəsində terror aktının qarşısı alınıb

Suriyada "Sülh çeşməsi" əməliyyatı bölgəsində PKK/YPG terror təşkilatının bombalı maşınla hücumunun qarşısı alınıb.

1442971
"Sülh çeşməsi" əməliyyatı bölgəsində terror aktının qarşısı alınıb

Suriyada "Sülh çeşməsi" əməliyyatı bölgəsində PKK/YPG terror təşkilatının bombalı maşınla hücumunun qarşısı alınıb.
Milli Müdafiə Nazirliyinin verdiyi bəyanatda PKK/YPG-nin Suriyanın şimalında günahsız mülki şəxslərə yönəldilmiş qeyri-insani planlar hazırlamağa, DEAŞ-ın planlarına oxşar terror hücumları ilə "Sülh çeşməsi" bölgəsindəki sülh və təhlükəsizlik mühitinə qəsd edən və bölgə xalqlarını köçə məcbur etməyə davam etdiyi bildirilib.
Bölgədəki sülhün və təhlükəsizliyin qarantiyası Mehmetciyin terror təşkilatlarının xain planlarını pozduğu və terror hücumlarının qarşısını aldığı bəyanatda bunlar qeyd edilib:
"Baş verən son hadisədə "Sülh çeşməsi" bölgəsindəki M-4 magistral yolunun şimalında qeyri-qanuni keçdiyi aşkarlanan bir yük maşını müəyyən edilib. Arxası açıq olan və neft doldurulmuş çəlləklərin olduğu maşına mülki vətəndaşların olduğu əraziyə tərəf irəliləməsi nəticəsində bölgədə yerləşdirilmiş Mehmetciklərimiz tərəfindən xəbərdarlıq atəşi edilib. Buna baxmayaraq, dayanmayan və mülki şəxslərin olduğu əraziyə tərəf getməyə cəhd göstərən maşın sürətini artırdıqda bombalı maşın kimi qiymətləndirilib. Bunun qarşısında dinc şəxslərin  zərər görməməsi üçün maşın "TOW" idarəedici tank əleyhinə silahla uğurlu şəkildə vurularaq dayandırılıb."
Bəyanatda bildirilib ki, maşın vurulduqdan qısa müddət sonra uzaqdan idarə olunduğu nəzərdə tutuldu və bölgədə vəzifəli komando qoşunlarının diqqətli və müvəffəqiyyətli müdaxiləsi nəticəsində günahsız mülki şəxslərə qarşı qanlı hücumun qarşısının alındı və böyük bir fəlakətə mane olundu.



Әlaqәli Xәbәrlәr