Süleymanini satan adama edam cəzası kəsildi

İran Amerika Birləşmiş Ştatları tərəfindən yanvar ayında öldürülən general Qasım Süleymanının yol məlumatlarını paylaşan adama edam cəzası kəsdi

1432535
Süleymanini satan adama edam cəzası kəsildi

 

  İran Amerika Birləşmiş Ştatları tərəfindən yanvar ayında öldürülən general Qasım Süleymaninin yol məlumatlarını paylaşan adama edam cəzası kəsdi.

  İran Məhkəməsinin hakimi Qulam Hüseyn İsmayili paytaxt Tehranda təşkil edilən mətbuat konfransında Mahmud Musəvi Mecd adlı adamın MOSSAD (İsrail Gizli Xidməti) və CİA-ya (ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatı) cəsusluq etdiyini və Qasım Süleymanının olduğu yer məlumatlarını bu xidmətlərə çatdırdığını bildirərək deyib: “Mecd pul qarşılığında, İran İnqilab Mühafizləri Ordusunun Qüds Qüvvələri başda olmaqla, ordunun silah gücü və digər təhlükəsizliklə bağlı məlumatlarını CİA və MOSSAD-a ötürüb. İran Məhkəməsi faktları təsdiqləyib, cinayətkara edama məhkum edib və yaxınlarda cəza tətbiq olunacaq”.

  Xatırladaq ki, ABŞ 2020-ci ilin 3 yanvarında İran generalı Qasım Süleymani və “Haşdi Şabi”nin müavini Əbu Mehdi el-Mühəndisi İraqın Bağdad hava lımanına təşkil etdiyi hava hücumuyla öldürüb.



Әlaqәli Xәbәrlәr