Corc Floydun polis tərəfindən öldürülməsinə Afinada etiraz edilib

ABŞ-da Corc Floydun polis tərəfindən öldürülməsinə Yunanıstanın paytaxtı Afinada etiraz edilib.

1429173
Corc Floydun polis tərəfindən öldürülməsinə Afinada etiraz edilib

ABŞ-da Corc Floydun polis tərəfindən öldürülməsinə Yunanıstanın paytaxtı Afinada etiraz edilib.
Etiraz aksiyası zamanı polislə nümayişçilər arasında qarşıdurma baş verib.
Parlament binasının yerləşdiyi "Sintagma" meydanına toplaşan təxminən 3 min insan Afinadakı ABŞ səfirliyinə yürüş edərək, polis zorakılığı və ABŞ əleyhinə şüarlar səsləndirib.
"Məhv olasan Amerika", "Amerika, Yunanıstanda istənmirsən" yazılı plakatların daşındığı nümayişin axırında üzlərində maska olan bəzi qruplar səfirliyin qarşısında sərt təhlükəsizlik tədbirləri görən xüsusi təyinatlı təhlükəsizlik qüvvələrinə çevik qruplarına molotov kokteyli və daş atıb.
Polis, qaz və səs bombaları ilə cavab verdiyi nümayişçilərdən 7-ni saxlayıb.
Mayın 25-də ABŞ-ın Minnesota ştatında baş verən hadisədə afroamerikalı Corc Floyd saxlanılarkən "nəfəs ala bilmirəm" deyə qışqırmasına baxmayaraq, polisin boynuna dizi ilə basmağa davam etməsi nəticəsində həyatını itirdi.
Hadisə, o gündən bəridir ABŞ bütün şəhərlərində fasilələrlə zorakılığa səhnə olan etirazlara səbəb olub.



Әlaqәli Xәbәrlәr