Bәşәr Әsәd rejimi İsrailin Suriyaya hava hücumu tәşkil etdiyini iddia edib

Bәşәr Әsәd rejimi İsrailin Suriyanın Homs şәhәrinin şәrqindәki Tedmur bölgәsinә hava hücumu tәşkil etdiyini irәli sürüb.

1402368
Bәşәr Әsәd rejimi İsrailin Suriyaya hava hücumu tәşkil etdiyini iddia edib

 

Bәşәr Әsәd rejimi İsrailin Suriyanın Homs şәhәrinin şәrqindәki Tedmur bölgәsinә hava hücumu tәşkil etdiyini irәli sürüb.

Bu barәdә Bәşәr Әsәdin SANA xәbәr agentliyi mәlumat yayıb. Mәlumatda  İsrailә mәxsus qırıcıların Suriyanın Homs şәhәrinin şәrqindә yerlәşәn Tedmur antik şәhәrinә hava hücumu tәşkil etdiyi iddia edilib.

Mәlumatda hәmçinin qeyd olunub ki, düşmәnә mәxsus hәdәflәrin bәzilәri vuruldu.

İsrail mәsәlә ilә bağlı açıqlama vermәyib.

Bәşәr Әsәd İsrailin martın 31-dә dә Homs şәhәrinin şәrqinә hücum etdiyini irәli sürmüşdü.



Әlaqәli Xәbәrlәr