İraqda 23 DEAŞ terrorçusu öldürülüb

İraqın Kәrkük şәhәrindә terror tәşkilatı DEAŞ-a qarşı aparılan әmәliyyat zamanı bir hәrbçi hәlak olub, 23 terrorçu mәhv edilib.

1397447
İraqda 23 DEAŞ terrorçusu öldürülüb

 

İraqın Kәrkük şәhәrindә terror tәşkilatı DEAŞ-a qarşı aparılan әmәliyyat zamanı bir hәrbçi hәlak olub, 23 terrorçu mәhv edilib.

Әmәliyyat Amerika Birlәşmiş Ştatlarının rәhbәrliyindәki koalisiya qüvvәlәrinin hava dәstәyi ilә hәyata keçirilib.

Әmәliyyatı idarә edәn komandan Sәid Harbiyә şәhәrin cәnubunda DEAŞ-a üzv terrorçulara qarşı әmәliyyat keçirdiklәrini bildirib.

Sәid Harbiyә qeyd edib ki, әmәliyyat zamanı baş verәn qarşıdurmada bir hәrbçi hәlak oub, 23 terrorçu mәhv edilib.

Qeyd edәk ki, terror tәşkilatı DEAŞ İraqın Mosul, Enbar, Diyala vә Sәlahәddin bölgәlәrindә hücumlarını davam etdirir.



Әlaqәli Xәbәrlәr