"Bu, Rusiyanın kosmik məkanının gücüdür", V.Putin

Rusiya prezidenti Vladimir Putin ölkənin kosmik sənayesində uçuş proqramlarının daha da inkişaf etdirilməsiylə bağlı danışıb.

1395683
"Bu, Rusiyanın kosmik məkanının gücüdür", V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin ölkənin kosmik sənayesində uçuş proqramlarının daha da inkişaf etdirilməsiylə bağlı danışıb.

  Video-konfrans yoluyla Rusiya kosmik sənayesi rəsmiləri ilə toplantı edən V.Putin bu sahənin əhəmiyyətini vurğulayaraq deyib: "İnsanlı kosmik uçuş proqramlarının inkişafı bizim şərtsiz prioritetimizdir. Bu, Rusiyanın kosmik məkanının gücüdür. Liderliyimizi qorumalıyıq… Yeni nəsil kosmik nəqliyyat sistemlərini də inkişaf etdirməliyik. Rusiya uçuş üçün dünya bazarındakı mövqeyini gücləndirməlidir."

  Qeyd edək ki, Rusiyanın yeni idarə sistemli uçuş sınaqlarının 2023-cü ildə “Vostoçni" kosmik bazasında aparılması planlaşdırılır. Bu bazada infrastrukturun güclü və super güclü raketlər üçün müəyyən edilmiş müddətdə qurulması planlaşdırılır. Raketlərin uçuş sınaqlarının 2023 və 2028-ci illər arasında olması nəzərdə tutulur.”



Әlaqәli Xәbәrlәr