İdlibdə atəşkəs qərarından sonra evlərinə qayıdan didərginlərin sayı

Suriyada Bəşər Əsəd rejiminin hücumları zamanı evlərindən didərgin düşmüş 73 minə yaxın dinc sakin martın 6-da elan olunan atəşkəs rejimindən sonra evlərinə qayıdıblar.

1392126

Bölgənin miqrasiya məsələləri üzrə mütəxəssisi, Suriya Müdaxilə Koordinasiya müdiri Muhammed Hallaj verdiyi açıqlamada Əsəd rejimi və tərəfdarlarının hərbi əməliyyatlarının dayandırılması və atəşkəs elan olunması nəticəsində daha əvvəl evlərindən didərgin salınan dinc sakinlərin bir qisminin evlərinə qayıtdıqlarını deyib.

Hallaj bildirib ki, ötən ilin oktyabr ayından indiyədək 1 milyondan artıq dinc sakin didərgin salınmışdı. Atəşkəs rejiminin birinci ayının sonundan təqribən 73 min sakin yaşadığı bölgəyə geri qayıdıb.

Əsəd rejimi ordusu və İranın dəstəklədiyi terror qruplaşmalarından ibarət rejim qüvvələrinin qurudan irəliləyərək geniş yaşayış məntəqələrini ələ keçirdiyini vurğulayan Hallaj yüz minlərlə dinc sakinin rejimin ələ keçirdiyi bölgələrə geri qayıtmaq istəmədiyini və onların Türkiyə-Suriya sərhəd keçid məntəqəsindəki düşərgələrdə yaşamağa davam edəcəklərini deyib.

Әlaqәli Xәbәrlәr