Cavad Zərif koronavirusla bağlı çağırış edib

İranın xarici işlər naziri Cevad Zərif bu günə qədər ölkədə 429 adamın ölümünə səbəb olan yeni növ koronavirusla (Kovid-19) mübarizə aparmaq üçün tibbi ləvazimatlara və avadanlıqlara ehtiyac olduğunu açıqlayıb.

1377366

Bu barədə Cavad Zərif şəxsi ''Twitter'' səhifəsində yazıb. Cavad Zərif vurğulayıb ki, virus ayrı-seçkilik etmir. İnsanlar da etməməlidir.

İranda virusa yoluxanlar arasında ölkənin dini lideri Əli Xameneyinin  məsləhətçisinin də olduğu iddia edilir.

Bu arada Amerikanın Washington Post qəzeti  İranın Qum şəhərində yeni növ koronavirus (Kovid-19) səbəbindən həlak olanların dəfn edildiyi  kütləvi məzarlara aid olduğunu iddia edən görüntüləri yayımlayıb. Xəbərdə İranın həlak olanların gerçək sayını da gizlətdiyi iddia edilib.

İraqın  Səhiyyə Nazirliyi  İraq Kürd Regional Rəhbərliyi də daxil olmaqla ölkədə koronavirus epidemiyası səbəbindən həlak olanların  sayının 8 olduğunu, yoluxanların  sayının 83-ə yüksəldiyini və 24 nəfərin müalicə olunaraq xəstəxanadan buraxıldığını qeyd edib.

Küveytin  Səhiyyə Nazirliyi isə ölkədə yeni növ koronavirusa (Kovid-19) yoluxanların  sayının 80 nəfərə çatdığını açıqlayıb.

Səudiyyə Ərəbistanında da epidemiyaya yoluxanların  sayı 45 nəfərə yüksəlib.

Әlaqәli Xәbәrlәr