Suriyada İranın hərbi bazaları vurulub

İraqda Amerikanın bazalarından birinin hücuma məruz qalmasından sonra bu ölkə başçılığındakı DEAŞ əleyhinə koalisiyaya məxsus döyüş təyyarələri Suriyada İrana məxsus 3 hərbi məntəqəni hədəf alıb.

1376680

Qırıcılar Bukemal qəsəbəsindəki İmam Əli bazasını, sənaye və Hizam bölgələrindəki hərbi məntəqələri vurublar.

Qaynaqlar İran İnqilab Keşikçiləri Korpusu və bunlara sadiq terrorçu qrupların olduğu bazada ölən və yaralananlar olduğunu bildirib.

ABŞ başçılığındakı DEAŞ əleyhinə koalisiyayanın sözçüsü  polkovnik Myles Kaqins martın 12-də axşam İraqdakı koalisiya qüvvələrinin olduğu Taci bazasının raketlə vurulduğunu bildirib. ABŞ mediası da 2 ölkə əsgərilə yanaşı İngiltərənin bir əsgərinin öldüyünü və 11 əsgərin yaralandığını açıqlayıb.

ABŞ mediasına məlumat verən səlahiyyətlilər həmin hücumun İrana yaxın qruplar tərəfindən edilmiş ola biləcəyinə diqqət çəkib.

Әlaqәli Xәbәrlәr