Yunanıstan həftədə 200 qaçqını geri göndərəcək

Yunanıstan immiqrasiya əməliyyatlarının sürətləndirilməsiylə həftədə 200 qaçqının geri göndərilməsini nəzərdə tutur.

1357017
Yunanıstan həftədə 200 qaçqını geri göndərəcək

 

  Yunanıstanın Egey adalarında qurulması planlanan bağlı qaçqın düşərgələrinin inşasına martın əvvəli başlanacaq, mühacir əməliyyatlarının sürətləndirilməsiylə həftədə 200 qaçqın geri qaytarılacaq.

  SKAİ radiosuna müsahibəsində ölkənin köç və immiqrasiya naziri Notis Mitarakis sözügedən mövzu ilə bağlı deyib: ''Martda Şərqi Egeydəki 5 adada bağlı düşərgə inşasına başlanacaq, yayda onlar tam hazır olacaq. Yeni qurulacaq düşərgələrdə qaçqınların giriş-çıxışları məhdudlaşdırılacaq. Belə ki, çıxışlar gündüzlər müəyyən qaydalarla mümkün olacaq, gecələrsə düşərgələr bağlanacaq. Təxminən 20 min nəfərlik düşərgə və muhacirlik sənədlərinin işlənməsilə bağlı əməliyyatların 90 günə tamamlanması nəzərdə tutulur. Bağlı düşərgələrin qurulmasından başqa, hökumət immiqrasiya əməliyyatlarını sürətləndirərək həftədə 200 qaçqını geri göndərməyi hədəfə alıb. Yunanıstan-Türkiyə arasında qaçqınları qaytarma mövzusunda tam bir əməkdaşlıq davam edir”.

  Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı İmmiqrasiya Ali Komissarlığı (UNHCR) 2019-cu ildə Yunanıstana daxil olan qaçqın sayını 74 min 613 olaraq açıqlayıb.



Әlaqәli Xәbәrlәr