İran nüvə müqaviləsindən çıxır

İranlı millət vəkilləri Nüvə Silahların Yayılmasının Qarşısını almaq razılaşmasından çıxmağı nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.

1348906
İran nüvə müqaviləsindən çıxır

Bu barədə İranın rəsmi agentliyi “İRNA” məlumat yayıb. Agentliyin xəbərinə görə parlamentin nümayəndəsi Əhməd Əmirabadi Fərahani parlamentə iki qanun layihəsi təqdim edildiyini bildirib. "İlk təklif, Nüvə Silahların Yayılmasının Qarşısını almaq (NPT) razılaşmasından çıxmağı nəzərdə tutur. Digər təklif isə ABŞ-ın Tehrana qarşı təktərəfli sanksiya  tətbiqində əməkdaşlıq edən ölkələrin cəzalandırılmasını təlib edir.

Qeyd edək ki, 2015-ci ildə İran, ABŞ, Çin, Fransa, Almaniya, Rusiya və Böyük Britaniya arasında Tehranın nüvə fəaliyyətini nəzarət altına  müqavilə imzalanmışdı. Ancaq ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Vaşinqton sazişdən birtərəfli çəkildi və İrana qarşı sanksiya tətbiqinə başladı.

Digər tərəflərdən Vaşinqtonun bu qərarından daşındırılmasını tələb edən ancaq bu istəyinə nail ola bilməyən İran 2019-cu ilin iyul ayında nüvə sazişinin bəzi maddələrini və 5 yanvarda isə müqavilə ilə bağlı bütün öhdəlikləri nümüəyyən vaxta kimi dayandırdığını açıqladı.

İngiltərə, Almaniya və Fransa yanvarın 14-də İranın nüvə sazişindəki öhdəliklərini dayandırmasına baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (UNSC) Tehrana qarşı sanksiyalarının bərpasına təkan verəcək Münaqişələrin Həll mexanizmini işə salacaqlarını elan etdi.

İranın xarici işlər naziri Məhəmməd Cevad Zərif də məsələnin BMT təhlükəsizlik şurasına əks etdirilməsi halında NPT-dən çıxacağını açıqladı.



Әlaqәli Xәbәrlәr