ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu edilib

İraqın paytaxtı Bağdadda hökumət binaları və xarici missiya nümayəndəliklərinin yerləşdiyi Yaşıl zonaya 5 ədəd “Katyuşa” raketi ilə hücum edilib.

1347803
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu edilib

İraqın paytaxtı Bağdadda hökumət binaları və xarici missiya nümayəndəliklərinin yerləşdiyi Yaşıl zonaya 5 ədəd “Katyuşa” raketi ilə hücum edilib.

Hücum nəticəsində 3 nəfər yaralanıb.

Yaralıların şəxsiyyəti və səhhi vəziyyətləri barədə məlumat verilməyib.

Baş nazir Adil Əbdülmehdi raketlərin ABŞ-ın Bağdad səfirliyinin ərazisinə düşdüyünü açıqlayıb.

İraqın Başnizirlik Mətbuat Xidmətinin məlumatına görə, Əbdülmehdi açıqlamasında “Xarici missiya nümayəndəliyinə qarşı düşməncəsinə edilən hücum ABŞ Səfirliyinin binasının içinə düşən raketlərlə bir daha həyata keçirildi. Qeyri-qanuni bu hərəkəti qınayırıq. Təhlükəsizlik qüvvələrimizə hücumu edənlərin yaxalanıb ədalətə təslim edilməsi üçün təlimat verdik” ifadələrini işlədib.

Belə hücumların İraqın çəkişmə sahəsinə çevrilə biləcəyinə gətirib çıxaracağı barədə xəbərdarlıq edən Əbdülmehdi ölkədəki xarici missiya nümayəndəliklərini qoruma vəzifəsinə sadiq olduqlarını bildirib.

Digər tərəfdən İraq Müdafiə Nazirliyində vəzifəli biri raket hücumlarından sonra ABŞ-a məxsus hərbi helikopterlərin Səfirlik binasının yerləşdiyi əraziyə endiyini söyləyib.

Vəzifəli helikopterlərlə yaralıların daşınmış ola biləcəyi ehtimalını dilə gətirib.  

Başqa bir təhlükəsizlik qaynağından əldə edilən məlumata görə, raket hücumlarında səfirlikdəki restoranda yanğın baş verib.



Әlaqәli Xәbәrlәr