Yunanıstanın ilk qadın prezidenti

Yunanıstan konstitusiyasına görə, prezident seçkilərində millət vəkilləri "əleyhinə" səsini istifadə edə bilməz.

1345440
Yunanıstanın ilk qadın prezidenti

 

  Yunanıstan Dövlət Şurasının rəhbəri, Kiryakos Miçotakisin sədri olduğu Yeni Demokratiya Partiyasından (ND) namizəd Aikaterini Sakellaropulu ölkənin ilk qadın prezidenti oldu.

  A.Sakellaropulu tək namizəd olaraq qatıldığı seçkinin ilkin mərhələsində  300 yerlik parlamentin səsverməyə qatılan 294 millət vəkilindən 261-inin səsini qazanıb.

  Müxaliflərin namizəd göstərmədiyi seçkilərdə ND ilə yanaşı Radikal Sol İttifaq Partiyası (SYRIZA) və Dəyişmə Hərəkatı Partiyası (KİNAL) lehinə, Yunanıstan Kommunist Partiyası (KKE), Yunan Həlli Partiyası (ELY) və sabiq maliyyə naziri Yanis Varufakisin sədri olduğu Mera25 Partiyasının millət vəkilləri isə bitərəf qalıb.

  Yunanıstan konstitusiyasına görə, prezident seçkilərində millət vəkilləri "əleyhinə" səsini istifadə edə bilməz.

  Beləliklə, Yunanıstanın indiki başçısı Prokopis Pavlopulosun 13 martda vəzifə müddətinin sona çatmasından sonra ölkənin ilk qadın prezidenti Aikaterini Sakellaropulu 14 martda and içərək 5 illik xidmətinə başlayacaq.

  Məlumat üçün bildirək ki, 1956-cı ildə Selanikdə dünyaya gələn A.Sakellaropulu Afina Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Fransanın Sorbon Universitetində konstitusiya və idarə hüququ üzrə magistr dərəcəsi alıb. O, 1982-ci ildə Dövlət Şurasına gəlib, 2018-ci ildə şuranın rəhbəri olub.



Әlaqәli Xәbәrlәr