"Bu raket hücumları əslində İranın ən yumşaq qarşılığıdır"

İran İslam Respublikasının ali dini başçısı Ayətullah Xamenei ölkəsinin İraqdakı ABŞ bazalarına endirdiyi zərbəylə bağlı açıqlama verib.

1336703
"Bu raket hücumları əslində İranın ən yumşaq qarşılığıdır"

 

  İran İslam Respublikasının ali dini başçısı Ayətullah Xamenei ölkəsinin İraqdakı ABŞ bazalarına endirdiyi zərbəylə bağlı açıqlama verərək: "Edilən raket hücumları əslində İranın ən yumşaq qarşılığıdır", - deyib.

  Prezident Həsən Ruhaninin müavinlərindən olan Hüsaməttin Aşena da açıqlama verərək: “ABŞ-nın İranın hücumuna cavab verməsi bölgədə total bir müharibəyə səbəb ola bilər”, - deyə bildirib.

  İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə ölkəsinin ABŞ-ın İraqdakı hərbi bazasına hücumuna dair açıqlamasında bunları söyləyib:

  “İran ABŞ bazasına hücumunu vətəndaşlarının hədəfə götürüldüyü hücumlara qarşı özünü müdafiə etmək üçün Birləşmiş Millətlər Təşkilatı Konvensiyasının 51-ci maddəsinə əsasən həyata keçirib.

  İran gərginlik və müharibə istəmir, ancaq özünümüdafiə üçün heç bir hücuma biganə qalmayacaq”.

  İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Bağıri də yazılı açıqlama verib: “Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın İraqdakı bazalarına təşkil edilən hücum İran Silahlı Qüvvələrinin gücünün kiçik bir göstəricisidir. Amerika yeni addım atarsa, cavab daha sərt olacaq. ABŞ idarəçiləri dünyanın geniş bir coğrafiyasında yerləşən İranın gücünü dərk edərək daha prinsipial siyasət izləməlidir. ABŞ qısa zamanda bütün bölgədən qoşunlarını çıxarmalıdır”.



Әlaqәli Xәbәrlәr