General Qasim Süleymani Bağdadda öldürüldü

İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri üzrə Komandiri general Qasim Süleyman İraqın paytaxtı Bağdadda öldürüldü.

1333809
General Qasim Süleymani Bağdadda öldürüldü

ABŞ ordusuna məxsus hərbi təyyarə İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığında "Həşd Şabi"yə məxsus iki avtomobilə avia zərbələr endirib. Hücum nəticəsində "Həşd-Şabi"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Rza əl-Cabiri və maşında olan digər 8 şəxs ilə "Həşd-Şabi" təşkilatının komandir müavini Əbu Mehdi əl-Mühəndisi həyatını itirib.

 ABŞ müdafiə nazirliyinin yaydığı məlumata görə hava limanına endirilən raket zərbələri nəticəsində  İran İnqilab Keşikçiləri Korpusunuun "Qüds" qüvvələri   üzrə   komandanı general Qasım Süleymani də dünyasını dəyişib.



Әlaqәli Xәbәrlәr