Netanyahu tərəfdaşlarına yeni vədlər verdi

Amerika Birləşmiş Ştatlarının İordan Çayının Qərb Sahilindəki yaşayış məntəqələri və İordan vadisinin İsrailǝ ilhaqının qəbulu uğrunda lazımlı addımları atmaqda davam edəcəyik. Bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

1329085

Netanyahu lideri olduğu Likud partiyası ümumi konqresinin keçiriləcəyi ərəfədə sosial mediada hesabından tərəfdaşlarına yeni vədlər verdi.

Netanyahu bölüşdüyü video çarxda baş nazir olduğu dövrdə, Trampın bütün Qüdsü "İsrail paytaxtı" qəbul etdiyimiz qərarnaməni imzalandığına, Suriya ərazisi olan Qolan təpələrinin İsrailə ilhaqını tanıdığına diqqət çəkib. ABŞ-ın İordaniya Vadisinə və bütün yaşayış məntəqələrinə İsrailin ilhaq cəhdinə dəstəyini də təmin edə biləcəyini, bunu özündən başqa siyasilərin reallaşdırmalarının mümkün olmadığını vurğulayıb.

Qeyd  edǝk  ki,  Likud  partiyasının  26  dekabrda  keçirilǝcǝk sǝdrlik   seçkisindǝ  Netanyahu və partiyanın aparıcı millət vəkillərindən Gideon Saar yarışacaq. 

Әlaqәli Xәbәrlәr