Əsəd rejiminin hücumlarından qaçanlar Türkiyə sərhədi yaxınlığına köç etdi

Suriyada Bəşər Əsəd rejimi qüvvələri və Rusiyanın “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki yaşayış yerlərinə hücumları nəticəsində son 5 gündə ən az 80 min mülki vətəndaş Suriya-Türkiyə sərhəd xəttinə yaxın bölgələrə köç etdi.

1327059

İdlibin cənubundakı yaşayış məntəqələri və xüsusilə Maarratünnuman qəsəbəsi çölündən köç edənlər birinci yerdədir.

Ev-eşiklərindən edilən ailələr, sığınacaq, çadır, ədyal və yataq kimi avadanlıqlara təcili ehtiyac var.

Hücumların fasiləsiz davam etməsinə görə gerçək köç rəqəmi də müəyyən edilə bilmir.

Əsas rəqəmin 80 mindən çox olduğu güman edilir.

Hallaj “İdlib deeskalasiya bölgəsi”ndəki  şiddətli hücumlar səbəbindən noyabr ayının əvvəlindən bəridir ən az 180 min mülki vətəndaşın ev-eşiyindən edildiyini ifadə edib.

Rejim qüvvələri ilə Rusiyanın xəstəxana, məktəb, məscid, Mülki Müdafiə Mərkəzi və evləri vurduğunu bildirən Hallaj “Bu sayədə mülki vətəndaşların geri qayıtmasına mane olmaq istəyirlər” deyib.

Әlaqәli Xәbәrlәr