İdlibdә yaşayış mәntәqәlәrinә hücum nәticәsindә dinc vәtәndaşlardan üçü hәlak olub

Bәşәr Әsәdә sadiq qüvvәlәr vә onları dәstәklәyәn Rusiya  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

1326329
İdlibdә yaşayış mәntәqәlәrinә hücum nәticәsindә dinc vәtәndaşlardan üçü  hәlak olub

Bәşәr Әsәdә sadiq qüvvәlәr vә onları dәstәklәyәn Rusiya  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücumlar zamanı üç dinc sakin hәlak olub.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn,Bәşәr Әsәd rejiminә məxsus döyüş təyyarələri  “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki qәsәbәlәrә vә kәndlәrә ağır zәrbәlәr endirib.

Mәlumata görә, Bәşәr Әsәd rejiminә  mәxsus döyüş tәyyarәlәri Maaretinuman qәsәbәsi, Cercenaz bölgәsi, Deyr Sünbül, Frikye, Serce, Bzabor, Binin, Hantutin, Naciyyә, Kiniddә, Qadafe,Tel Mennis, Ebu Mekki, Tuh vә  Rebia  kәndlәrinә ağır zәrbәlәr endirib.

Mәlumatda bildirilib ki,  Rusiyaya mәxsus qırıcılar Maaretinuman bölgәsi,  Serakib qәsәbәsi, Maarşurin, Han Es Sübül, Deyr Garbi, Semke vә Merdih kәndlәrini bombalayıb.

Bәşәr Әsәd rejiminin vә Rusiyanın Maaretinuman, Deyr Sünbül vә Merdihә endirdiyi zәrbәlәr nәticәsindә 3 nәfәr hәlak olub, 20 nәfәr dә yaralanıb.

Hücumlar nәticәsindә xәsarat alanlar bölgәdәki xәstәxanalara yerlәşdirilib.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir. Rejim qüvvәlәrinin 2018-ci ilin 17 sentyabr tarixindәn etibarәn bölgәyә endirdiyi hücumlar nәticәsindә 1 milyondan çox  dinc sakin evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb. 



Әlaqәli Xәbәrlәr