Liviyada daha bir şəhər Tripolini müdafiə səfərbərliyinə qatıldı

Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Hafter paytaxt Tripoliyə nəzarəti ələ keçirmək

1325316
Liviyada daha bir şəhər Tripolini müdafiə səfərbərliyinə qatıldı

 

Paytaxt Tripolinin cənubundakı Cadu şəhərindəki hərbi və mülki birləşmələr, paytaxt başda olmaqla Liviyanın bütün ərazisini ölkənin şərqindəki xəlifə Hafter qüvvələrinə qarşı müdafiə etməyə hazır olduğunu açıqladı.

Ölkə rəsmilərinin yaydıqları məlumata görə General Həfterə mənsub qüvvələr Tripolidəki yaşayış məntəqələrinə Qrad tipli raketlərlə hücum təşkil etdilər.

Hücum nəticəsində insan tələfatı və ya dağıntı olduğuna dair məlumat veriməyib.

Bildirilib ki, hökümət qüvvələri Tripolinin cənubundakı Əl-Yermuk bölgəsində Hafterə məxsus silah-sursat daşıyan avtomobili yararsız hala gətirib.

Xatırladaq ki, Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Hafter paytaxt Tripoliyə nəzarəti ələ keçirmək üçün 4 apreldə özünə mənsub qüvvlərə hücum əmr verdi. Milli Razılaşma Hökuməti isə Hafterin cəhdinə qarşı əməliyyat başlatdı.



Әlaqәli Xәbәrlәr