Bolqarıstan Baş naziri Türkiyənin DEAŞ-a qarşı mübarizəsinə münasibət bildirib

Türkiyə qədər DEAŞ-a qarşı güclü mübarizə aparan başqa bir ölkə yoxrdur. Bunu Bolqarıstan Baş naziri Boyko Borisov deyib.

1322366
Bolqarıstan Baş naziri Türkiyənin DEAŞ-a qarşı mübarizəsinə münasibət bildirib

Borisov NATO-nun baş katibi Jens Stoltenberg ilə Belçikanın paytaxt Brüsseldə görüşüb. O, həmin görüşdən sonra mətbuata açıqlamasında Türkiyəni tərifləyib.

Baş naziri Borisov bir jurnalistin ünvanladığı, “Bolqarıstan NATO-da Türkiyənin yerinə keçəbilər mi” sualına cavabən: “Bolqarıstanın heç bir ölkənin yerini almaq planı yoxdur. Heç bir ölkə DEAŞ-a qarşı Türkiyə kimi güclü mübarizə apara bilməz. Geostrateji olaraq iki qitəyə uzanan Türkiyə, boğazları nəzarət edir. Sabitliksiz bir bölgədə terror təşkilatı DEAŞ-a qarşı mübarizə aparır. Türkiyə çox əhəmiyyətli mövqeyə sahibdir. Rəsmi Ankaranın atdığı addımlar sayəsində ölkəmə qeyri-qanuni köçün qarşısı alındı. Türkiyə bütün öhdəliklərinə əməl edir. Verdiyi sözləri yerinə yetirir. Bu səbəblə Türkiyədən Bolqarıstana tək bir qeyri-qanuni immiqrant belə daxil ola bilməyib”-deyə Bolqarıstan Baş naziri vurğulayıb.

Türkiyə Rusiyadan hərbi təchizat satın aldıqdan sonra Baş katib Stoltenbergin mövzu ilə bağlı açıqlamalar verdiyini xatırladan Borisov Türkiyəyə sanksiya tətbiqini nəzərdə tutan heç bir qərara dəstək vermədiklərini ifadə edərək: “ABŞ Konqresini istiqamətləndirəcək səlahiyyətə sahib deyiləm. Lakin məsələlərin danışıqlarlar və diplomatya ilə həllini tövsiyə edirəm”.

NATO Baş katibi Stoltenberg də mətbuata açıqlamasında Türkiyənin əhəmiyyətli müttəfiq olduğuna diqqət çəkib. O: “Terrora qarşı mübarizədə açar rola və əhəmiyyətə sahib olan Türkiyə 3,6 milyon Suriyalı miqranta ev sahibliyi edir”.



Әlaqәli Xәbәrlәr