Tel Abyadda ilk şirkәtin açılışı olub

Sülh çeşmәsi әmәliyyatı ilә terror tәşkilatı YPQ/PKK-dan tәmizlәnәn Suriyanın Tel Abyad qәsәbәsindә ticarәtin inkişaf etmәsini tәmin edәcәk ilk şirkәt mәrasimlә fәaliyyәtlәrinә başladı.

1316502
Tel Abyadda ilk şirkәtin açılışı olub

 

Sülh çeşmәsi әmәliyyatı ilә terror tәşkilatı YPQ/PKK-dan tәmizlәnәn Suriyanın Tel Abyad qәsәbәsindә ticarәtin inkişaf etmәsini tәmin edәcәk ilk şirkәt mәrasimlә fәaliyyәtlәrinә başladı.

Şanlıurfa Valiliyindәn verilәn mәlumata görә, vali Abdullah Erinin rәhbәrlik etdiyi nümayәndә heyәti Tel Abyaddakı açılış mәrasimindә iştirak edib.

Mәrasimdә çıxış edәn Şanlıurfa valisi Abdullah Erin Tel Abyadda vә Rəsulaynda hәyatın normal axarına geri döndüyünü vә çox sayda ailәnin öz evlәrinә geri qayıtdığını  ifadә edib.

Suriya ilə Türkiyə arasında ticarət əlaqələrin yenidən canlanmasının planlaşdırıldığını bildirәn Abdullah  Erin  bunları qeyd edib: "Vətəndaş müharibəsi və terror təşkilatının işğalı səbəbindәn iki ölkə arasındakı ticarət əlaqələri sәrhәd-keçid mәntәqәlәrindәki  tənzimləmələrdən sonra yenidən başlayacaq. Bu müəssisələr ticarəti canlandıracak. Tel Abyad və Rəsulayn qәsәbәlәrindә  sәhiyyә başda olmaqla  içməli su, infrastruktur, nəqliyyat və digər şəhərsalma xidmәtlәri artıq verilir. Qarşıdakı dövrdə әkinçilik və ticarət ilә bağlı  fәaliyyәtlәrinin hәyata keçirilmәsi planlaşdırılır ".



Әlaqәli Xәbәrlәr