Oman xarici işlər naziri Cavad Zəriflə görüşdü

Oman xarici işlər naziri Yusif İbn Aləvi 9 ay ərzində üçüncü dəfə İrana reallaşdırdığı səfər çərçivəsində həmkarı Məhəmməd Cavad Zərif ilə paytaxt Tehranda bir araya gəldi.

1316177
Oman xarici işlər naziri Cavad Zəriflə görüşdü

 

İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Zərif və İbn Əlevi arasındakı görüş nazirlik binasında baş tutub. Görüşün məzmununa dair məlumat verilməsə də Omanın Tehran və Vaşinqton arasında aparıcı vasitəçi olması səbəbindən danışıq zamanı ABŞ -İran müzakirələrinin gündəmə daxil edildiyi təxmin edilir.

İran Parlamentinin sədri Əli Laricani dünən verdiyi açıqlamada Tehran və Vaşinqton arasındakı münasibətlərlə bağlı danışıqların davam etdiyini ifadə edərək: “ İki ölkə heyətləri arasında danışıqlar aparılır. Həddindən artıq təzyiq siyasətinin səhv olduğuna və bundan imtina etməğin vacibliyinə inanırıq. Məsələnin həllinə dair bəzi ölkələr səy göstərirlər. Biz də qapıları tamamən bağlamadıq. Ancaq əsas məsələ Amərikalıların təzyiqçi siyasətin doğru olmadığını idrak etmələridir”-deyə laricani vurğulayıb.

Xatırladaq ki, Nüvə razılaşması ilə bağlı ilk danışıqlar Zərif və dövrün ABŞ Dövlət Katibi Con Kerri arasında Omanda keçirilmişdi.



Әlaqәli Xәbәrlәr